Səfir: Çin Azərbaycan məhsullarının onlayn satışının genişləndirilməsini alqışlayır
Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşı və 2-ci ən böyük ixracatçısı mövqeyini sabit şəkildə qoruyur.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Beynəlxalq Sivilizasiyalararası Dialoq Gününə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, ölkələr arasında ikitərəfli praqmatik əməkdaşlıq fəal şəkildə dərinləşməyə davam edir.
"Azərbaycanda rəsmi statistikaya görə, cari ilin yanvar-aprel aylarında ikitərəfli ticarət dövriyyəsi 1,4 milyard dollar təşkil edib. Bu da ötən ilin göstəricisindən təxminən 37 % çoxdur. Yüksək inkişaf dinamikası tendensiyası qorunub saxlanılır. Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşı və bu ölkəyə ikinci ən böyük ixracatçı mövqeyini möhkəm şəkildə qoruyur. Azərbaycan məhsullarının Çin elektron ticarət platformaları vasitəsilə satışının genişləndirilməsini alqışlayırıq", - o qeyd edib.
Lu Mey vurğulayıb ki, iki ölkənin müvafiq qurumları "yaşıl enerji", iqtisadiyyat, infrastruktur və s. kimi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni praktik addımları fəal şəkildə öyrənir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,09ABŞ dolları, yaxud 1,6 % artaraq 67,84ABŞ dolları təşkil edib. BAKU.WS xəbər v...