Sahil Babayev: "Son 5 ildə qeyri-neft-qaz ÜDM-i nominal olaraq 63 % artıb"

Sahil Babayev: Son 5 ildə qeyri-neft-qaz ÜDM-i nominal olaraq 63 % artıb
İqtisadiyyat 12

Son 5 ildə Azərbaycanın qeyri-neft-qaz sektorunda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 63 % artıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsi və 16 qanuna təklif edilən dəyişikliklər paketinin ilk oxunuşda müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, bu illər ərzində real artım isə 34 % olub.

"Qeyri-neft-qaz iqtisadiyyatının inkişafı üçün əlverişli rejim olmalıdır. Əlbəttə, bu belədir və hökumət olaraq da biz bu fikri bölüşürük. Məhz indiyə kimi aparılan siyasət, islahatlar da bundan ibarət olub. Dediyim bu rəqəmlər elə ən böyük nəticədir ki, qeyri-neft-qaz sektoru üzrə çox ciddi, güzəştli bir rejim var və bu rejim imkan verir ki, Azərbaycanda həm kiçik və orta sahibkarlıq aktiv inkişaf etsin", - deyə nazir əlavə edib.

Son xəbərlər