Sahib Ələkbərov: "Son altı ildə qeyri-neft-qaz ixracı iki dəfə artıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Son 20 ildə qeyri-neft sektoruna yönəldilmiş 213 milyard dollarlıq investisiya nəticəsində ÜDM-də qeyri-neft sektorunun payı 68%-ə yüksəlib. Son altı ildə qeyri-neft ixracının iki dəfə artması isə ölkəmizin qlobal rəqabət qabiliyyətinin artdığını göstərir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") "ASAN Süni İntellekt Mərkəzi"nin (ASAN AI HUB) açılış mərasimində bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın qlobal rəqabət qabiliyyətinin yüksəldiyini göstərən əsas göstəricilərdən biri hesab oluna bilər: "Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: Sosial-İqtisadi İnkişaf Strategiyası"nda ölkənin beş milli prioritetindən biri kimi dayanıqlı və rəqabətqabiliyyətli iqtisadi artımın təmin edilməsi müəyyən edilib. Bu baxımdan rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi və yeni texnologiyaların tətbiqi əsas strateji hədəflərdən biri kimi çıxış edir".
S.Ələkbərov qeyd edib ki, bu çərçivədə hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı Strategiyası hazırda yekun təsdiq mərhələsindədir və Azərbaycanın rəqəmsal transformasiyasını sürətləndirməyi hədəfləyir: "Strategiya 50-dən çox təşəbbüsü və layihəni əhatə etməklə, biznesin texnoloji transformasiyasını, rəqabətqabiliyyətli insan kapitalının yetişdirilməsi və idarəetmənin data əsaslı modellərə keçirilməsini nəzərdə tutur. Bu il təsdiq edilmiş Milli Süni İntellekt Strategiyası isə süni intellektin məsuliyyətli və etik şəkildə tətbiq olunmasını, həmçinin iqtisadiyyatın bu sahədə dayanıqlı inkişafını təmin etməyi əsas hədəf kimi müəyyən edir".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...