"S&P" Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi artım proqnozlarını açıqlayıb
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2025-ci ildə Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) artım tempinin 2 % səviyyəsində qalacağını proqnozlaşdırır.
BAKU.WS report-a istinadən xəbər verir ki, agentlik 2026-cı il üçün ÜDM artımı üzrə gözləntilərini 1,5 %-dən 2 %-ə yüksəldib.
Hesabatda qeyd olunub ki, 2024-cü ildə Qafqaz və Mərkəzi Asiya regionunun ÜDM-i agentliyin proqnozlarını üstələyib. 2025-ci ildə ÜDM artımı proqnozları yüksək qalsa da, 2024-cü ilin səviyyəsindən aşağı olacaq.
Azərbaycan İqtisadiyyat Nazirliyi cari ildə ölkədə iqtisadi artımın 3,5 % səviyyəsində olacağını, Mərkəzi Bank isə 3,3 %-lik artım gözləyir.
"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozlarına görə, 2025-ci ildə Azərbaycanın real ÜDM artımı 4 % təşkil edəcək. "Fitch Ratings" ölkənin ÜDM-nin 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,4 % artacağını proqnozlaşdırır. Niderlandın ING bankı bu il ölkədə iqtisadi artımın 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.
Oxşar xəbərlər
Azərbaycan Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımalarını əlavə etmək istəyir
Emissiya Ticarət Sisteminə dəniz və avtomobil yükdaşımaları alt sektorlarının əlavə edilməsinə dair təqdimat keçirilib. Təqdimat Biznes mühiti və beynəlxalq rey...