Rumıniyanın nüfuzlu maliyyə qəzeti SOCAR-ın Rumıniyadakı törəmə şirkətinin inkişafından yazıb
21
iyn
2018
10:52
Rumıniyanın nüfuzlu maliyyə-analitik qəzeti “Ziarul Financiar” (Maliyyə Qəzeti) SOCAR-ın Rumıniyada törəmə şirkəti “SOCAR Petroleum S.A.”ın 2017-ci ildə 28 faiz artım göstərməsi barədə yazıb.BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə ötən il qaznc barədə yazıb. Bildirilib ki, Rumıniya yanacaq bazarının birinci onluğuna daxil olan şirkətin 2017-ci ildə maliyyə dövriyyəsi 731 milyon lei (təxminən, 309 milyon manat) təşkil edib. Rumıniyada 39 yanacaqdoldurma məntəqələrinə sahib olan SOCAR bu istiqamətdə fəaliyyətini genişləndirmək niyyətindədir.Rumıniya Milli Statistika İnstitutunun məlumatına əsasən, 2017-ci ildə ölkədə 2100 yanacaqdoldurma məntəqələrində maliyyə dövriyyəsi 9,6 milyard avroya çatıb.Bu isə 2016-cı illə müqayisədə 10 faiz artıq göstərici deməkdir. Rumıniyanın yanacaq bazarının əsas oyunçuları keçən illərdə olduğu kimi “OMV Petrom”, “Rompetrol”, MOL və “Lukoil” şirkətləridir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda tikinti materialları istehsalı artıb
2017-ci ildə Azərbaycanda tikinti materialları istehsalı ilə məşğul olan şirkətlər 567,8 milyon manat həcmində məhsul istehsal edib ki, bu da 2016-cı ildə qeydə...