Rublun məzənnəsi tarixi minimuma düşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bazar ertəsi “Forex”də dollar və avronun rubla qarşı məzənnəsi tarixi maksimuma çatıb və hazırda cümə günü ticarətin bağlandığı andakı göstərici ilə müqayisədə, təxminən, 20% baha ticarət edilir.
BAKU.WS Report-a istinadla xəbər verir ki, bunu “Bloomberg” agentliyinin məlumatları göstərir.
Belə ki, saat 13:23-ə olan məlumata görə, “Forex”də avronun rubla nisbətdə məzənnəsi cümə günü ilə müqayisədə təxminən 20,4% artaraq bir avro üçün 143,37 rubl təşkil edib. Dolların məzənnəsi isə 27% - bir dollar üçün 133 rubla qədər artıb. Daha əvvəl isə ticarətin gedişində avronun məzənnəsi 145,869 rubl göstərici ilə maksimuma çatmış, dollar isə 140,2547 rubla qədər artmışdı.
Rusiya Bankının qərarına əsasən, bu gün Moskva birjasında valyuta ticarəti keçirilmir.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...