Robot taksilər istifadəyə veriləcək (FOTO)

Robot taksilər istifadəyə veriləcək (FOTO)
İqtisadiyyat 806

Yaponiya hökuməti 2016-cı ildə sürücüsüz taksilərin sınağı üzrə proqramı istifadəyə verməyi planlaşdırır.

Proqram 2020-ci ildə paytaxt Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində işə salınacaq.

Hökumət bununla bağlı media sənayesi və "DeNA Co” oyun şirkətinin nümayəndələri ilə birlikdə iş aparır. 

Bildirilir ki, paytaxt yaxınlığında yerləşən Fudzisava şəhərində test sınaqlarında iştirak üçün 50 nəfərin cəlb edilməsi nəzərdə tutulur.

Qeyd olunur ki, sürücüsüz taksiləri və onların sərnişinlərini növbəli sürücülər müşayiət edəcək. Taksilərin "Toyota Estima” avtomobil modeli bazasında ərsəyə gətirilməsi planlaşdırılır.

BAKU.WS 

Oxşar xəbərlər

Bakı Olimpiadadan imtina etdi

Bakı Olimpiadadan imtina etdi

Bakı şəhəri 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməməyi qərara alıb. BAKU.WS-in məlumatına görə, bu barədə "Report"a Gəncl...

1733 İdman 15:34 16 sentyabr 2015

Son xəbərlər