İrakli Qaribaşvili: “Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlığı dərinləşdirilməlidir”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Gürcüstanın yalnız dostu və qonşusu deyil, əsas strateji və ticari tərəfdaşlarından biridir”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, Gürcüstan Azərbaycanla münasibətlərə yüksək dəyər verir: “Azərbaycanla iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıq inkişaf edir. Azərbaycan artıq neçə ildir Gürcüstanda investisiyalar üzrə liderdir. Biz iqtisadi-ticari əməkdaşlığı daha da dərinləşdirməli və möhkəmləndirməli, ticarət dövriyyəsini iki dəfə artırmalı, daha çox sərmayə qoymalıyıq. İki ölkə arasında yalnız iqtisadiyyat və ticarət sektorlarında deyil, humanitar və mədəniyyət sahələrində də çox yaxşı münasibətlər var”.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - MÜSAHİBƏ
Məhsuldar şəkildə inkişaf edən Azərbaycan-İsrail münasibətləri iqtisadi sahədə də yaxşı əks olunub və bu işi Azərbaycan tərəfindən İqtisadiyyat naziri, Azərbayc...