Qızılın qiyməti FED qərarı ərəfəsində ucuzlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarlarında qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz qərarı öncəsi azalma nümayiş etdirir.
BAKU.WS xəbər verir ki, FED bu gün faiz dərəcəsi ilə bağlı qərarını açıqlayacaq. Qərarın qlobal geosiyasi gərginlik və müharibə fonunda verilməsi gözlənilir.
Eyni zamanda, neftin qiymətinin 100 ABŞ dollarından yuxarı səviyyədə qalması inflyasiya narahatlıqlarını artırır. Bununla yanaşı, İraqın neftini Hürmüz boğazı əvəzinə Türkiyə üzərindən ixrac etməklə bağlı razılığa gəlməsi qiymətlərə müəyyən təzyiq göstərib.
Qeyd olunur ki, bu proseslər fonunda qızıl ucuzlaşıb. Nəticədə, unsiya üzrə qızılın qiyməti yenidən 5000 ABŞ dollarından aşağı düşüb.
Oxşar xəbərlər
Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA
Bu ilin sentyabr ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 0,9 % artaraq 8 milyard 977 milyon manat təşkil edib. BAKU.WS Azərbaycan M...