Qızıl cüzi bahalaşdı

Qızılın qiyməti bir qədər yüksələrək bir unsiyası 1 980 ABŞ dollarını ötüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,4 % və ya 7,8 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 981,3 ABŞ dollara satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 0,05 % artaraq 1 unsiyası 22,473 ABŞ dolları təşkil edib.
Bank sektoru ilə bağlı naharatlıqların səbəb olduğu volatilllik ötən həftə qızılın qiymətinə dəstək verib. Martın əvvəlində ABŞ-da bir neçə bankın bağlanması ölkənin bank sektoruna təsirsiz ötüşməyib.
Daha sonra səhm satışı Avropa regionuna, xüsusilə “Credit Suisse” bankına təsir göstərib.
Oxşar xəbərlər
Bu il Azərbaycanın qeyri-neft ixracı 1,5 milyard dollara çatıb
Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 18,5 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,5 milyard ABŞ dolları təşkil edib. BAKU.WS Report-a i...
