Qızıl BAHALAŞIB - qiymət 5 100 dolları ötüb
Dünya bazarında qızılın qiyməti yüksək səviyyədə qalmaqda davam edir. Martın 5-nə olan məlumata görə, bir troya unsiyasının (31,10 qram) qiyməti 5 130–5 170 ABŞ dolları aralığındadır.
BAKU.WS xəbər verir ki, müharibədən əvvəl, 2026-cı ilin fevral ayının əvvəlində qızılın unsiya üzrə qiyməti 4 900–5 000 ABŞ dolları civarında idi. Son həftələrdə qeydə alınan artım fonunda qiymət 5 100 dollar həddini keçib.
Ekspertlər bahalaşmanı İran–ABŞ–İsrail xəttində yaranmış hərbi gərginliklə əlaqələndirirlər. Geosiyasi risklərin artması investorları daha təhlükəsiz aktivlərə yönəldir. Bu isə qızılın qiymətinə birbaşa təsir göstərir.
Hazırda bazarlarda qeyri-müəyyənliyin davam etməsi qızılın dəyərinin yüksək səviyyədə qalmasına səbəb olur.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 4 %-ə qədər artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,59 ABŞ dolları və ya 3,8 % artaraq 125,03 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...