Pensiya artımı təqaüdçüləri çaşdırıb - Rəsmi açıqlama

Pensiya artımı təqaüdçüləri çaşdırıb - Rəsmi açıqlama
İqtisadiyyat 1634

 

Bu ay təqaüdçülər pensiyalarını artımla alsalar da bəzi məsələlər onlar üçün qaranlıq qalıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, təqaüdçülərin fevralda aldıqları pensiyanın artım məbləği onlarda çaşqınlıq yaradıb.

Məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Elman Babayev deyib ki, təqaüdçülər yanvar ayının da artımını fevralda alıblar. Bundan sonrakı aylarda isə artırılan sığorta hissəsi qədər təqaüd alacaqlar.

Məsələni oxucular üçün daha da aydınlaşdırmaq məqsədilə qısa bir hesablama aparaq:

Tutaq ki, 260 manat əmək pensiyası alan şəxs bu ay 37.20 manat artımla təqaüd alıbsa, növbəti aylardakı artım 18.60 qəpik olacaq. Çünki 37.20 manat artım 2 ay üçün nəzərdə tutulan məbləğ olub.

BAKU.WS

Oxşar xəbərlər

Pensiya üçün staj tələbi ləğv edilir - YENİLİK (VIDEO)

Pensiya üçün staj tələbi ləğv edilir - YENİLİK (VIDEO)

Azərbaycanda pensiya üçün tətbiq edilən staj tələbi aradan götürülür. Yeni qanun layihəsinə görə, işçi sosial sığorta üçün daha çox pul ödəyərsə, istədiyi zaman...

3321 Sosial 23:08 24 yanvar 2017

Son xəbərlər