Parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi davam edir
Milli Məclisdə 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan layihələrin birinci oxunuşda müzakirəsi davam edir.
BAKU.WS xəbər verir ki, parlamentin bugünkü plenar iclasının da gündəliyinə 8 müvafiq qanun və qərar layihəsi daxil edilib.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 609 milyon manat (2025-ci ilin təsdiq olunmuş proqnozuna nisbətən 0,7 % çox), xərclərinin isə 41 milyard 703,6 milyon manat (+0,7 %) olacağı gözlənilir.
Son nəticədə dövlət büdcəsində 3 milyard 94,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,4 % çoxdur.
2026-cı ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 44 milyard 969,4 milyon manat, xərclərinin isə 48 milyard 839,3 milyon manat olacağı gözlənilir.
Bunlar, 2025-ci ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 2,3 % və 2,5 % çoxdur.
Son nəticədə icmal büdcədə 3 milyard 869,3 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 5,2 % çoxdur.
Büdcədə neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.
Oxşar xəbərlər
Azərbaycanda bank sistemindən kənar pul köçürmələrinin həcmi artıb
Azərbaycanda bank sistemindənkənar pul köçürmələrinin həcmi artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi statistik bülletendə bildirilir. Cari...