Özbəkistan və Azərbaycan qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
Özbəkistan və Azərbaycan ilin sonuna qədər qiymətli metal yataqlarında birgə geoloji kəşfiyyat işlərinə başlamaq barədə qərar verəcəklər.
BAKU.WS report-a istinadən xəbər verir ki, Özbəkistanın mədən və geologiya nazirinin müavini Ural Yusupov Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 59-cu illik iclasında bildirib.
"Biz Özbəkistan Respublikasında geoloji kəşfiyyat işləri üzrə Azərbaycanın "AzerGold" şirkəti ilə fəal əməkdaşlığa başlamışıq. Hazırda sənədləri nəzərdən keçiririk. İnanıram ki, ilin sonuna qədər qiymətli metal yataqlarının (qızıl və gümüş) birgə kəşfiyyatı barədə qərar qəbul edəcəyik. Həmçinin tərəfdaşlarımıza vacib metalların çıxarılması layihələrini nəzərdən keçirməyi təklif etmişik.
Hazırda Qaşqadərya və Surxandərya vilayətlərində, eləcə də Qaraqalpaqstan Respublikasında və Cizzax bölgəsindəki vacib yataqlarda qiymətli metal yataqlarının (qızıl və gümüş – red.) potensialını araşdırırıq", - nazir müavini bildirib.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...