Orxan Məmmədov: İki mindən çox KOB subyektinin yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq
Bu vaxtadək 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olmuşuq.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "Caspian Agro Week"in açılışı zamanı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.
KOBİA-nın İdarə Heyətinin sədri bildirib ki, kiçik və orta biznes subyektlərinin satış imkanlarının genişləndirilməsi məhsul və xidmətlərin tanıdılmasına öz töhfəsini verir.
"Bu, KOBİA-nın əsas fəaliyyət istiqamətlərindəndir. 2018-ci ildən etibarən KOBİA 2 mindən çox kiçik və orta sahibkarlıq subyektlərinin müxtəlif sahələrdə ixtisaslaşmış yerli və xarici sərgilərdə iştirakına dəstək olub. Kənd təsərrüfatı və qida sektoru ölkə istisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun vacib sahələrindən biridir. Ötən müddət ərzində ölkəmiz bu sahədə müxtəlif uğurlara imza atıb", - deyə Orxan Məmmədov qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,93ABŞ dolları və ya 2,58 % artaraq 116,41ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...