Onlar sudan vicdansızcasına istifadə edirdilər - Prezident
Yeniliklərdən dərhal xəbərdar olun
Təhlil aparılarkən biz bir şeyə də rast gəldik – suyun ədalətsiz bölüşdürülməsi halları geniş vüsət almışdır.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Zaur Mikayılovu "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbulu zamanı bildirib.
"Burada həm mərkəzi icra orqanları, yerli icra orqanları, bəzi sahibkarlar elə bil ki, sövdələşərək, sudan vicdansızcasına istifadə edirdilər. Belə olan halda, bəzi fermerlərə, bəzi kəndlilərə su çatmırdı. Mən göstəriş vermişdim, indi təhlil aparılır, araşdırma aparılır. Buna da son qoyulmalıdır. Su xətlərinin üzərində çoxsaylı qanunsuz birləşmələr quraşdırılmışdır. Təhlil aparılarkən biz buna da rast gəldik. Belə çıxdı ki, heç kim buna məsuliyyət daşımır, heç kim buna cavabdehlik daşımır. Buna son qoyulmalıdır", - Azərbaycan prezidenti vurğulayıb.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı açıqlama yayıb
Məlum olduğu kimi, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilmədiklərinə, habelə tənzimləyici orqanlara təqdim olu...