NIKOIL | Bank - ın nizamnamə kapitalı - 184 mln. 500 min manat təşkil edəcək!
Sentyabrın 21-də Bank sektorunun sağlamlaşdırılması proqramı çərçivəsində Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və "NİKOYL" İnvestisiya-Kommersiya Bankının əsas səhmdarı TOPAZ İNVESTMENT arasında "NİKOYL" Bankının nizamnamə kapitalının öncə elan edilən 60 mln. manat daxil olmaqla, 150 mln. manatadək artırılması haqqında ikitərəfli protokol imzalanıb.
Beləliklə, cari ilin oktyabr ayının sonunadək "NİKOYL" İKB ASC-nin nizamnamə kapitalı 184 mln. 500 min manat təşkil edəcək. Bankın səhmdarları və hüquqi-tənzimləyici orqanlar tərəfindən atılan bu addım Azərbaycanın bank bazarına müsbət təsir edəcək və "NİKOYL" Bankın daha da inamlı inkişafı üçün geniş imkan yaradacaq.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Oxşar xəbərlər
"NİKOYL" Bankın Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib
"NİKOYL" İnvestisiya Kommersiya Bankının səhmdarlarının 2016-ci il 31 avqust tarixli növbədənkənar ümumi yığıncağında Müşahidə Şurasının üzvlərinin sayının 7 nə...