NIKOIL | Bankın bağlanmış dörd filiallarının müştәrilәrinә müraciәti
Maliyyә Bazarlarına Nәzarәt Palatasının qәrarı ilә 06.09.2016 tarixindә "NİKOYL" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı vә 13 saylı filiallarının lisenziyası geri çağırılıb.
"NİKOYL" Bank tәnzimlәyici orqanların qәrarlarına hәmişә olduğu kimi hörmәtlә vә anlayışla yanaşır. Maliyyә Bazarlarına Nәzarәt Palatası tәrәfindәn qәbul edilmiş qәrara reaksiya olaraq Bank dәrhal dörd satış nöqtәsini bağladı. Bankın rәhbәrliyi baş verәnlәrә görә çox tәәssüflәnsә dә, bu qәrarı müştәrilәrlә işlәmә sisteminin yeni mәrhәlәsi kimi dәyәrlәndirir. Rәhbәrlik dәyişikliyindәn sonra "NİKOYL" Bank filial şәbәkәsinin vә xәrclәrinin optimallaşdırılması ilә fәal mәşğul olmağa başladı. Bank hәmçinin texnoloji inkişafın artırılmasına vә maliyyә davamlılığına investisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixindә Moskva şәhәrindә "NİKOYL" İnvestisiya Kommersiya Bankı sәhmdarlarının növbәdәnkәnar yığıncağı keçirilmişdir vә Bankın nizamnamә kapitalının 60 mln. manat mәblәğindә artırılması qәrarı qәbul edilmişdir.
Qeyd etmәk lazımdır ki, "NİKOYL" Bank sәhmdarlarının bu qәrarından sonra bankın nizamnamә kapitalı 94 mln. 500 min manat tәşkil edәcәk. Vә bu gün Bank tәrәfindәn növbәti 10 mln. ABŞ dolları mәblәğindә tranş qәbul edilmişdir. "NİKOYL" Bank öz müştәrilәrinә müraciәt edәrәk bildirir ki, lәğv olunmuş filialların bütün
fәaliyyәtlәri 3 saylı,5 saylı vә 11 saylı filiallar arasında paylanacaq. 1 saylı vә 13 saylı filialların müştәrilәri Bakı şәhәri, Sәmәd Vurğun küç. 166 ünvanında yerlәşәn 3 saylı filialında xidmәt olunacaqlar. 2 saylı filialın müştәrilәri Bakı şәhәri, Hüseyn Cavid pr. ev "A” ünvanında yerlәşәn 11 saylı filialında xidmәt olunacaqlar. 9 saylı filialın müştәrilәri Bakı şәhәri, AZ 1025, Xocalı pr. 24 ünvanında yerlәşәn 5 saylı filialında xidmәt olunacaqlar.
Bu gün NIKOIL | Bank әhaliyә milli vә xarici valyutada hәyata keçirilәn hesablaşma, kredit, kart, zәmanәt, banklararası, sәnәdli vә digәr әmәliyyatların da daxil olduğu xidmәtlәrin tam paketini tәklif edәn universal maliyyәkredit tәşkilatıdır. Bankın bütün mәhsulları, aksiyaları vә xüsusi tәkliflәri barәdә mәlumatı korporativ www.nikoil.az sәhifәsinә daxil olaraq vә ya (012) 981 qısa nömrәsi ilә әlaqә saxlayaraq әldә edә bilәrsiniz.
Bankın sosial şәbәkәdә rәsmi sәhifәsinin ünvanı:
Oxşar xəbərlər
NIKOIL | Bank nizamnamə kapitalını 60 mln. manat məbləğində artırır!
31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilib. Yığıncağın gedişində Bankın nizam...