NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub

NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub
İqtisadiyyat 1291

 

NIKOIL | Bank-ın Müşahidə Şurasına yeni sədr təyin olunub. 

BAKU.WS-in məlumatına görə, 5 oktyabr 2016-ci il tarixində NIKOIL | Bank-ın Səhmdarlarının növbədənkənar Ümumi Yığıncağında Xəlilov İsgəndər Ağasəlim oğlu öz xahişi ilə Müşahidə Şurasının sədri vəzifəsindən azad olunub.

Səhmdarlar Kulişova Marina Valeryevnanın Müşahidə Şurasının Sədri təyin ediməsi barədə qərar qəbul ediblər. O, Bankın  transformasiyası mərhələsində onun daha keyfiyyətli inkişaf səviyyəsinə qaldırılması prosesinə rəhbərlik edəcək.

Eyni zamanda Romanovskiy İvan Vladimiroviçin Müşahidə Şurasının üzvü təyin edilməsi barədə qərar qəbul edilib. 

Müşahidə Şurasının tərkibindən çıxmasına baxmayaraq, İsgəndər Xəlilov  NIKOIL | Bank-ın səhmdarlarından biri olaraq qalır.

Beləliklə Müşahidə Şurasının tərkibi aşağıdakı qaydada təsdiq edilib:

Müşahidə Şurasının sədri:

Kulişova Marina Valeryevna

Müşahidə Şurasının üzvləri:

Romanovskiy İvan Vladimiroviç

Sazonov Aleksey Valeryeviç

Suxoruçkin Pavel Aleksandroviç

Novikov Roman Vitalyeviç

Bankın səhmdarları, Müşahidə Şurası və menecmenti  NIKOIL | Bankın tərəqqisi və inkişafına verdiyi töhfəsinə görə Xəlilov İsgəndər Ağasəlim oğluna minnətdarlığını bildirirlər.

NIKOIL | Bank Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və  qabaqcıl satış şəbəkəsi olan  universal maliyyə-kredit təşkilatıdır. Bank hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri əməliyyatlarının tam paketini təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil

BAKU.WS

Son xəbərlər