Neftin qiyməti 100 dolları ötəcək – PROQNOZ

Neftin qiyməti 100 dolları ötəcək – PROQNOZ
İqtisadiyyat 1461
Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda neftin bir barrelinin qiyməti yaxın zamanda 100 dollara çatacaq.BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın “CNBC” telekanalının neft-qaz sektoru analitiki açıqlama verib.“Yaxın Şərqdə nə isə baş versə, neft qiyməti üçrəqəmli göstəricilərə qalxacaq. Bu ssenarinin tam real olduğunu hesab edirəm”,- deyə “Akap Energy” analitik şirkətinin təsisçisi Aniş Kapadiya bildirib.O, hələ bundan təxminən il yarım əvvəl neft qiymətinin 60-70 dollara çatacağını proqnozlaşdırdığını xatırladıb. Kapadiyanın sözlərinə görə, həmin vaxt bazar iştirakçıları onun bu proqnozunu məsxərəyə qoysa da, sonra bu reallığa çevrildi.London ICE birjasında Bakı vaxtı ilə 20:45-ə olan sövdələşmələrin yekunlarına görə, neftin iyun ayına olan tədarük qiyməti (füçers) 72,45 dollar təşkil edib. Aprelin 11-də 2014-cü ildən bəri ilk dəfə olaraq “Brent” markalı neft 73 dollara qədər bahalaşmışdı.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftin qiyməti qalxıb

Neftin qiyməti qalxıb

Amerika Neft İnstitutunun keçən həftənin yekunlarına əsasən ABŞ-ın neft ehtiyatlarının gözlənilmədən azaldığını açıqlaması fonunda bu gün səhər neftin qiyməti a...

990 İqtisadiyyat 12:02 21 mart 2018

Son xəbərlər