Neftin qiyməti yenidən dəyişdi

Neftin qiyməti yenidən dəyişdi
İqtisadiyyat 311

Dünya bazarında neftin qiyməti yenidən dəyişib.

BAKU.WS “bloomberg” saytına istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti 20 dollar olub.

“Brent” markalı neftin qiyməti isə 28 dolları ötüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 2,04% artaraq 20,52 dollar təşkil edib.

Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri isə 1,08% çoxalaraq 1 barelə görə 29,92 dollar təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin X iclasında neft istehsalçıları, istehlakçıları, bütövlükdə dünya iqtisadiyyatı üçün tarixi bir razılaşma əldə olunub.

Bu format çərçivəsində ilk dəfə olaraq iki illik müddəti və böyük istehsal həcmlərinin ixtisarını nəzərdə tutan və qlobal dəstəklə müşayiət olunan bir qərar qəbul edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər