Neftin qiyməti yenidən BAHALAŞDI
"Brent" markalı neftin qiyməti 24 oktyabr 2025-ci ildən bəri ilk dəfə olaraq bir barel üçün 66 dollar səviyyəsinə yüksəlib.
BAKU.WS-in məlumatına görə, Londonun ICE birjasında mart 2026 tədarükü ilə "Brent" markalı neftin fyuçerslərinin qiyməti 66 dollar təşkil edib.
Ticarət məlumatlarına görə, bu artım ötən ilin oktyabrından sonra ilk dəfə qeydə alınıb.
"Brent" markalı neftin qiyməti 0,89% artaraq 66,05 dollar olub. Eyni zamanda, fevral 2026 tədarükü ilə "WTI" markalı neftin fyuçersləri 0,92% bahalaşaraq 61,71 dollar səviyyəsinə yüksəlib.
Qeyd edək ki, buna qədər ekspertlər ABŞ-nin Venesuelaya mümkün hərbi müdaxiləsi halında neft qiymətlərinin dəyişə biləcəyi ilə bağlı proqnozlar irəli sürmüşdülər.
Oxşar xəbərlər
SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
Hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı SOCAR-ın "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri...