Neftin qiyməti qalxdı

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.
BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 1,05 ABŞ dolları və ya 1,68 faiz bahalaşaraq 63,45 dollara yüksəlib.
Bununla yanaşı, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 62,21 dollar olub. Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light"ın bir bareli isə 1,07 dollar və ya 1,77 faiz artaraq 61,51 dollar səviyyəsində müəyyən edilib.
Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar nəzərdə tutulub. "Azeri Light" neftinin tarixdə ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Neft hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda həyata keçirilir və bu layihədə SOCAR-ın payı 31,65 faizdir.
Oxşar xəbərlər
İcbari Tibbi Sığorta Fondunun büdcəsi 11 % azaldıla bilər
2026-cı ildə İcbari Tibbi Sığorta Fondunun (İTSF) büdcə xərclərinin 2 milyard 621,5 milyon manat (2025-ci illə müqayisədə 10,9 % az) olması proqnozlaşdırılır. B...
