Neftin qiyməti 85 dolları keçib
03
apr
2023
08:34
Bəzi OPEC+ ölkələrinin may ayından neft hasilatını azaldacağı bağlı bəyanatından sonra “qara qızıl”ın qiyməti artıb.
ICE London Birjasında “Brent” markalı neftin iyun fyuçersləri martın 7-dən bəri ilk dəfə bir barel üçün 85 dolları ötüb.
Bakı vaxtı ilə saat 02:09-a olan məlumata görə, Brent markalı neft 6,43 % bahalaşaraq 85,03 ABŞ dollarına satılıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında isə WTI markalı neftin may fyuçerslərinin qiyməti 7,15% artaraq bir barel üçün 81,08 ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan dekabrda "OPEC+" üzrə öhdəliyini tam yerinə yetirib
2020-ci ilin dekabr ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 688,8 min barel olub. Bunun 587 min barelini xam neft, 101,8 min barelini isə...