Neftin orta qiyməti 2035-ci ilə qədər 45 dollar/bareldən çox olmayacaq
30
sen
2017
13:31
Rusiyada ABŞ dollarının orta nominal məzənnəsi 2031-2035-ci illərdə 82,5 rubl təşkil edəcək. "Report"un "RBC" agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir proqnoz Rusiya Maliyyə Nazirliyinin açıqladığı baza ssenaridə yer alıb.Nazirliyin proqnoz hesabatında bildirilir ki, ən pis halda 2035-ci ilə qədər dolların məzənnəsi 84,2 rubl olacaq. Qeyd edək ki, açıqlanan rəqəmlər Maliyyə Nazirliyi tərəfindən Dövlət Dumasına təqdim olunan uzunmüddətli büdcə proqnozuna daxil edilib.Maliyyə Nazirliyi 2017-2020-ci illərdə dolların orta məzənnəsinin 64,8 rubl, 2021-2025-ci illərdə 71,5 rubl, növbəti 5 ildə isə 77,1 rubl olacağını düşünür.Maliyyə Nazirliyi konservativ ssenaridə neqativ xarici şokların Rusiya iqtisadiyyatının artım tempini azaldacağını proqnozlaşdırıb. Əsas mənfi təsir, qlobal maliyyə bazarlarında baş verməsi ehtimal edilən böhran nəticəsində Çin iqtisadiyyatının yavaşlaması ilə əlaqələndirilib. Həmçinin, əmək və kapital resurslarında struktur məhdudiyyətlərinin Rusiya iqtisadiyyatında inkişafı yavaşladacağı qeyd olunur.Neft qiymətlərinin 2031-2035-ci illərdə orta hesabla 45,3 dollar/barel, 2030-cu ilə qədər isə bu həddən də aşağı olacağı ehtimal edilir.BAKU.WS
Oxşar xəbərlər
ABŞ dolları qısamüddətli bahalaşa bilər
ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabrın 20-21-də keçirəcəyi növbəti iclasında uçot dərəcəsini dəyişdirməyəcəyi, lakin balansını nə zaman azaltmağa başla...