Neftimizin qiyməti 107 dolları keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya bazarında Azərbaycan neftinin qiymətində növbəti artım qeydə alınıb.
BAKU.WS xəbər verir ki, "Azeri Light" markalı neftin bir bareli 3,11 dollar bahalaşaraq 107,31 dollara çatıb. Bu, əvvəlki göstərici ilə müqayisədə 2,98 faiz artım deməkdir.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light"ın qiyməti də 3,18 dollar yüksələrək 104,23 dollar olub. Bu göstəricidə artım 3,15 faiz təşkil edib.
Müqayisə üçün, "Brent" markalı neftin noyabr fyuçersləri hazırda 106,51 dollardan satılır.
Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar hesablanıb.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...