Neftimiz 6 dollardan çox bahalaşdı
Yeniliklərdən dərhal xəbərdar olun
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 14-də 118,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,24 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 116,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 6,12 dollar/barel çoxdur.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 4,95 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,07 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 5,14 dollar/barel çoxdur.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 117 dolları keçib
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 13-də 117,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstər...