Neft və qaz yenidən bahalaşdı

Neft və qaz yenidən bahalaşdı
İqtisadiyyat 94

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,36% artaraq 1 barelə görə 45,06 dollar təşkil edib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,26% artaraq 42,93 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının da qiyməti artıb.

Sentyabrda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,13% artaraq 2,36 ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Neft və qaz yenidən bahalaşdı

Neft və qaz yenidən bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,65% art...

124 İqtisadiyyat 09:15 17 avqust 2020

Son xəbərlər