Nazir müavini: "Bakı Beynəlxalq Avtovağzalında sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb"
Bakı Beynəlxalq Avtovağzalının ərazisindəki sürüşmə ilə əlaqələli heç bir aktivləşmə yoxdur və sürüşmə ilə bağlı bütün tədbirlər yekunlaşıb.
BAKU.WS xəbər verir ki, bunu "Report”a açıqlamasında Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov deyib.
M.Pənahov Bakı Beynəlxalq Avtovağzalının ərazisində sürüşmənin qarşısının alınması üçün çəkilən xərclərdən məlumatsız olduğunu deyib: "Orda birbaşa maliyyələşmə getdiyinə görə, mənim xəbərim yoxdur”.
Nazir müavini həmçinin təmsil etdiyi qurumun səlahiyyətlərin azaldılması məsələsini şərh edərkən bunun optimallaşdırma ilə bağlı olduğunu bildirib.
BAKU.WS
Oxşar xəbərlər
Bakının təhlükəli zonaları AÇIQLANDI
Bakı şəhəri və Abşeron yarımadasında mövcud sürüşmə sahələrində olan vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiy...