Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
09
may
2026
16:07
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur.
Ümumi əmanət portfelinin 94 %-i, yaxud 38 milyon 956,5 min manatı milli valyutanın payına düşüb. Bu, illik müqayisədə 47,7 % çoxdur.
İl ərzində xarici valyutada əmanətlər 40,4 % artaraq 2 milyon 465,3 min manat ekvavalentinə çatıb.
Qeyd edək ki, Naxçıvanda 7 bankın filialı fəaliyyət göstərir.
Oxşar xəbərlər
SOCAR "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsini elan edir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü və təşkilatçılığı ilə "Ağıllı şəhərsalma və sənaye həlləri" mövzusunda innovasiya müsabiqəsinə start verilir...