Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən xadimələrdən pul tutulması iddialarına CAVAB

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən xadimələrdən pul tutulması iddialarına CAVAB
İqtisadiyyat 140

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tabeliyində olan təhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin maaşlarından pul tutulması ilə bağlı bəzi sosial şəbəkə hesablarında yayılan məlumatlara aydınlıq gətirib.

Nazirlikdən bildirilib ki, bəzi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində gözətçi və xadimə işləyənlərin hər birinin aylıq maaşından 150 manat pul tutulması və məcburi tutulan bu pulların Qarabağ Dirçəliş Fonduna köçürüləcəyi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb.

Qeyd edilib ki, bu məlumatlar həqiqəti əks etdirmir:

"Nazirliyə tabe təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial ayırmalardan başqa heç bir vəsait tutulmayıb və hər hansı bir işçiyə bu tələb qoyulmayıb, yayılan məlumatlar dezinformasiya xarakterlidir. Məlumatda adları çəkilən şəxslərin də heç biri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışmırlar. Bu tipli məlumatlar həqiqəti əks etdirmir və cəmiyyətə çaşqınlıq yaratmağa xidmət edir".

"Onu da bildiririk ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində çalışan gözətçi və xadimələrin əməkhaqlarından qanunda nəzərdə tutulan vergi və sosial ayırmalardan başqa əlavə vəsait tutulursa Nazirliyin 146-1-10 Çağrı Mərkəzinə müraciət edə bilərlər", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər