Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 46 % artıb
13
avq
2025
18:18
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında bütün maliyyə mənbələrindən əsas kapitala 118,4 milyon manat vəsait yönəldilib.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 45,9 % çoxdur.
7 ay ərzində investisiya qoyuluşunun 88,2 milyon manatı və yaxud 74,5 %-i tikinti-quraşdırma işlərinin payına düşüb ki, bu da 1 il əvvələ nisbətən 35,2 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan Türkmənistandan nə alır və nə satır?
"Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun mətbuata açıqlamalarında iqtisadi əlaqələrin daha da gücləndirilməsi ilə...