Mərkəzi Bankın valyuta ehtiyatları 7 faizdən çox artıb
03
okt
2018
22:31
2018-ci il sentyabrın sonunadək Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları ötən ilin eyni dövrü ilə müqayisədə 367 milyon dollar (7,1 faiz) artaraq 5 534,5 milyon dollara çatıb.BAKU.WS Mərkəzi Banka istinadən xəbər verir ki, sentyabr ayı ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 31 milyon dollar, ilin əvvəlindən isə 199,9 milyon dollar artıb.Qeyd edək ki, ötən il Mərkəzi Bankın valyuta ehtiyatları 1,36 milyard dollar və ya 34,2 faiz artmışdı.BAKU.WS
Oxşar xəbərlər
Elman Rüstəmovdan manatla bağlı sevindirici açıqlama - VİDEO
2017-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 4,2 milyard dollar, Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artıb. Bu barədə Mərkəzi Bankın idarə heyə...