Mərkəzi Bank uçot dərəcəsi barədə - Dəyişiklik olacaq?

06
mar
2019
21:52
Azərbaycan Mərkəzi Bankı İdarə heyətinin növbəti iclasında uçot dərəcəsi ilə bağlı dəyişikliklərin olacağını gözləmir.Bunu jurnalistlərə bankın sədri Elman Rüstəmov deyib.E.Rüstəmov qeyd edib ki, bank analitik işləri davam etdirir və həm daxili, həm də xarici amillər nəzərə alınır.Bank sədri əlavə edib ki, Azərbaycanda keçirilən sosial islahatlar inflyasiyaya güclü təsir göstərməyəcək.Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı bu il fevralın 1-də uçot dərəcəsini 9,75 faizdən 9,25 faizədək azaltmışdı.BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bankdan manatla bağlı YENİ QƏRAR
Azərbaycan Mərkəzi Bankı (AMB) faiz dərəcəsini 10 faiz səviyyəsində saxlayıb.BAKU.WS xəbər verir ki, bunu mətbuat konfransı zamanı AMB-nin sədri Elman Rüstəmov...
