Mərkəzi Bank: "Dollar kəskin ucuzlaşacaq" (RƏSMİ)

Mərkəzi Bank: Dollar kəskin ucuzlaşacaq (RƏSMİ)
İqtisadiyyat 3554

 

Cari ildə manatın məzənnəsi bəyan olunmuş çevik məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb təklif nisbəti əsasında formalaşmaqdadır. Lakin, müəyyən de-dollarlaşma meyilləri şəraitində son günlər valyuta bazarında təklifin tələbi üstələməsi səbəbindən manatın ABŞ dollarına nəzərən məzənnəsinin əhəmiyyətli möhkəmlənməsi baş verməkdədir. 

Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, bununla əlaqədar olaraq məzənnənin kəskin qısamüddətli tərəddüdlərinin məhdudlaşdırılması məqsədilə valyuta bazarında alışyönlü müdaxilənin aparılması zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bank 4 aprel 2016-cı ildə valyuta alışı hərracı keçirmiş və hərrac 0.4 mln. ABŞ dolları həcmində yekunlaşıb.

BAKU.WS 

Oxşar xəbərlər

Bu günə olan rəsmi valyuta məzənnəsi açıqlandı

Bu günə olan rəsmi valyuta məzənnəsi açıqlandı

Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə ve...

1573 İqtisadiyyat 09:08 11 fevral 2016

Son xəbərlər