Azərbaycanda dollar sabah ucuzlaşacaq
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib.
Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə verilən məlumata görə, bununla da, AMB-nin sabaha USD/AZN rəsmi məzənnəsi cüzi ucuzlaşaraq 1,6008 təşkil edib.
Bu gün dolların rəsmi məzənnəsi 1,6028 USD/AZN olaraq müəyyən edilmişdi.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan manatı bahalaşdı
Mərkəzi Bank banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnəni müəyyənləşdirib. Azərbaycan Mərkəzi Bankından (AMB) BAKU.WS-ə v...