Mirzoyan: Hazırda TRIPP layihəsi üçün sənədlərin razılaşdırılması mərhələsindəyik
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan TRIPP ("Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu") layihəsi çərçivəsində sənədlərin razılaşdırılması prosesini davam etdirir.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan KİV-ə istinadən ölkənin xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, növbəti mərhələdə konkret müqavilənin imzalanması nəzərdə tutulur.
Mirzoyan qeyd edib: "Hazırda biz danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə hökumətlərarası saziş imzalanmalıdır. Bu məsələ üzrə danışıqlar səngiməyib, planlaşdırdığımız mərhələdəyik və iş davam edir".
Məlumata görə, layihə üzrə müzakirələr hazırda aktiv şəkildə davam etdirilir.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...