Mingəçevir İES-in elektrik enerjisi potensialının 200 meqavatlıq hissəsi bərpa olunub
Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İstilik Elektrik Stansiyasının 5 blokunda yenidənqurma işləri başa çatıb.
Bu barədə “Azərenerji” ASC-nin prezident Baba Rzayev Prezident İlham Əliyevin qəbulunda məlumat verib.
“Bundan başqa, 500 kilovoltluq açıq paylayıcı qurğu tamamilə yenidən qurulub, 330 kilovoltluq paylayıcı qurğuda isə işlərin 80%-dən çoxu icra olunub. Bu, qəzaların qarşısını tamamilə almağa kömək edəcək.
Hazırda “Azərbaycan” İstilik Elektrik Stansiyasında (İES) və Mingəçevir Su Elektrik Stansiyasında (SES) 1 600 nəfərdən çox adam işləyir. Onlar ümidlərini itirmişdilər ki, yəqin, bunun dövrü artıq bitib, bundan sonra 3 il, 5 il iş yeri olmayacaq. Bugünkü vəziyyəti görürlər və bilirlər ki, həqiqətən orada hələ 20-30 il də işləmək mümkün olacaq”, - deyə o qeyd edib.
Bundan başqa, B.Rzayevin sözlərinə görə, Mingəçevir İES-in elektrik enerjisi potensialının 200 meqavatlıq hissəsi bərpa olunub: “Biz 400 meqavat gözləyirik, bir az da ondan çox. Biz 400 meqavatı yay rejimində gözləyirik. Qış rejimində isə təqribən 500-550 meqavat artırılmasını gözləyirik.
Əsas məsələ odur ki, biz onun həm soyutma sistemini, həm də bütün kimyəvi reagentlər olan sahəsini tamamilə yenidən qurmuşuq. Orada blokların özünü, generator, turbin və qazanları tamamilə yenidən qururuq. Amma köməkçi qurğu və binaların hamısını demək olar ki, sıfırdan tikməyə başlamışıq”.
“Azərenerji” prezidenti həmçinin deyib ki, metro stansiyalarında generatorlar quraşdırılıb? “Artıq mərkəzi idarəetmə pultu “Bakı Metropoliteni”nin baş ofisindədir və orada təhvil-təslim işləri başa çatıb. Bizim 10 yarımstansiyada gücü 2500, 2000 və 1000 kilovolt olan 17 generator quraşdırılıb və 39 meqavat yeni güc mənbəyi yaradılıb və ehtiyata verilib. İşlər çox yüksək səviyyədə tam başa çatıb”.
Oxşar xəbərlər
Azərbaycan ən çox hansı ölkəyə elektrik enerjisi ixrac edir?
Azərbaycan ən çox Gürcüstana elektrik enerjisi ixrac edir. Bu barədə Trend-in sorğusuna cavab olaraq "Azərenerji" ASC-dən deyiblər.Bildirilib ki, 2018-ci ildə e...