Mikayıl Cabbarov: "SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirilməsini planlaşdır"

Mikayıl Cabbarov: SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirilməsini planlaşdır
İqtisadiyyat 13

Gələcəkdə Yaxın Şərqdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) fəaliyyətinin genişləndirilməsi planlaşdırılır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, gələcəkdə hansı ölkəyə qaz ixrac ediləcəyini indidən konkret olaraq demək düzgün olmaz:

"Ancaq onu qeyd edə bilərəm ki, Şərq bazarında və ümumilikdə bu coğrafiyada həm Azərbaycan qazına olan tələbat, həm də qazımızın rəqabətqabiliyyətli şərtlərlə bu bazara çatdırılması imkanları bu [Suriyaya qaz ixracı] layihə ilə artıq təsdiqlənmiş oldu. Əldə olunmuş razılaşmanın xüsusiyyətlərini nəzərə alaraq, türkiyəli həmkarlarımıza təşəkkürümü bildirirəm. Çünki qazın tranziti üçün onlar tərəfindən əlverişli şərait yaradılıb. Bu baxımdan gələcəkdə SOCAR-ın regionda fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur".

Nazir əlavə edib ki, Suriyaya ixrac olunan qaz birbaşa SOCAR tərəfindən göndərilir və satılır: "Bu, xarici konsorsiumlara məxsus qaz deyil. Təchizat SOCAR, yəni dövlət şirkəti tərəfindən həyata keçirilir".

Son xəbərlər