Mikayıl Cabbarov Sezar Çöçelli ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Gabala Beverage Company" şirkətinin təsisçisi Sezar Çöçelli ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüsləri müzakirə edilib.
"Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb. Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun təşviqi baxımından perspektivləri qeyd edilib.
Xatırladaq ki, "Gabala Beverage Company" şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş "Azərbaycan İnvestisiya Şirkəti" ASC) və Gürcüstanın "Georgian Beer Company Ltd." şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb.
Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Qəbələdə tikiləcək zavod idxaldan asılılığı azaldacaq"
Qəbələdə alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi ilə rəqabətqabiliyyətli məhsulların istehsalı və idxaldan asılılığın azalması müzakirə...