Mikayıl Cabbarov: "Sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırılıb"
Yeniliklərdən dərhal xəbərdar olun
Sahibkarlar 2021-2024-cü illər ərzində Azərbaycanın sənaye zonalarına 748 milyon manata yaxın investisiya yatırıb.
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu illər ərzində 865 daimi iş yeri yaradılıb: "Bu müddətdə 11,68 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bunun da 4,08 milyard manatlıq hissəsi ixracın payına düşür".
Onun sözlərinə görə, sənaye zonalarının fəaliyyəti ölkədə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
#Sənayezonaları-nın fəaliyyəti ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinə, investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin yaradılmasına, yerli istehsalın və ixracın artmasına, eləcə də innovasiyaların təşviqinə töhfələr verir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 19, 2025
Sahibkarlar tərəfindən 2021-2024-cü illər… pic.twitter.com/xX5ccntTQ9
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...