Mikayıl Cabbarov: "Pakistanla investisiya, sənaye və enerji əməkdaşlığının perspektivləri müzakirə edilib"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Pakistan ilə investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Pakistanın Baş nazirinin xüsusi köməkçisi, dövlət naziri Tariq Bacva ilə görüşməkdən məmnun olduq. İkitərəfli iqtisadi əlaqələrdə müsbət dinamika, Preferensial Ticarət Sazişinin biznes tərəfdaşlığının güclənməsində rolu, investisiya, sənaye və enerji sahələrində əməkdaşlıq və birgə fəaliyyətin perspektivləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.
Oxşar xəbərlər
Fuad Nağıyev: "PATA ilə əməkdaşlıq Asiya-Sakit okean regionu ilə əlaqələrin gücləndirilməsinə xidmət edir"
"PATA ilə tərəfdaşlığımız Asiya-Sakit okean regionu ilə daha sıx əlaqələrin qurulmasına sadiqliyimizi nümayiş etdirir". BAKU.WS xəbər verir ki, bu sözləri "PAT...