Mikayıl Cabbarov Özbəkistandadır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib.
BAKU.WS xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Dost ölkədən olan həmkarlarımızla keçirəcəyimiz görüşlərdə birgə fəaliyyətimizi genişləndirmək üçün yeni imkanları dəyərləndirmək niyyətindəyik", - deyə o qeyd edib.
Səfər çərçivəsində bu gün Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının 13-cü iclası keçiriləcək. Həmçinin, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclasının, eləcə də Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla görüş keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan ilə Özbəkistan arasında sənədlər imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycan ilə Özbəkistan arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığa dair sənədlər imzalanıb. BAKU.WS xəbər verir k...