Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının iclası keçirilir - FOTO
Şuşada Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçirilir.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında yazıb.
"Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovla Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının Şuşada keçirilən 12-ci iclasına həmsədrlik etdik. Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrin şaxələndirilməsi, sənaye, energetika, kənd təsərrüfatı sahəsində əməkdaşlığın və qarşılıqlı investisiyaların təşviqi istiqamətində həyata keçirilən tədbirləri dəyərləndirdik", - M.Cabbarov qeyd edib.
Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri (@MIIT_Uz) Ləziz Kudratovla Azərbaycan-#Özbəkistan Birgə Hökumətlərarası Komissiyasının #Şuşa-da keçirilən 12-ci iclasına həmsdərlik etdik. Ölkələrimiz arasında #iqtisadi-#ticarət əlaqələrin şaxələndirilməsi, #sənaye,… pic.twitter.com/r7h6icz4y9
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 18, 2023
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan arasında investisiyaların təşviqi barədə müzakirələr aparılıb - FOTO
Azərbaycanla Özbəkistan arasında investisiyaların təşviqi və potensial layihələr barədə müzakirələr aparılıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvi...