Mikayıl Cabbarov: "Azərbaycan yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub"
Azərbaycan son 20 ildə yoxsulluq səviyyəsini 49 %-dən 5 %-ə endirməyə nail olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişaf və şəhər bağlantıları sahəsində əldə etdiyi nailiyyətlər insanların rifahının yüksəldilməsində mühüm rol oynayıb: "Şəhərlərin iqtisadi inkişafı ilə əlaqələndirilməsi insanların həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından əsas məqsədlərdən biridir. Azərbaycan regionun ən mürəkkəb və uzunmüddətli ərazi münaqişəsini həll edən ölkələrdən biridir. Prezident İlham Əliyevin dünən, xarici işlər naziri Ceyhun Bayramovun isə bu gün qeyd etdiyi kimi, Azərbaycan bu istiqamətdə fəal fəaliyyət göstərir".
Oxşar xəbərlər
2040-cı ilə qədər işğaldan azad olunmuş ərazilərdə şəhər əhalisinin 354 mini keçəcəyi gözlənilir
Şəhərsalma işğaldan azad olunmuş ərazilərin gələcək inkişafının formalaşdırılmasında mərkəzi rol oynayır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Dövlə...