Mikayıl Cabbarov: "Azərbaycan biznes və investisiya üçün etibarlı məkandır"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan biznes fəaliyyəti, tərəfdaşlıq və investisiya yatırımları üçün cəlbedici, etibarlı və hazır məkandır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunmuş "İslam Maliyyəsi üzrə 20-ci IsDB Qlobal Forumu"nda bildirib.
Nazir xarici şirkətləri və biznes assosiasiyalarını Azərbaycanın təqdim etdiyi imkanlarla daha yaxından tanış olmağa dəvət edib: "Azərbaycan İslam İnkişaf Bankı Qrupu, onun üzv ölkələri və özəl sektor nümayəndələri ilə əməkdaşlığı genişləndirməyə və mövcud imkanları uzunmüddətli tərəfdaşlıqlara çevirməyə hazırdır".
Nazir çıxışında xarici qonaqları bu ilin sentyabr ayının sonunda keçiriləcək Azərbaycan İnvestisiya Forumunda iştirak etməyə də çağırıb: "Xaricdən gələn qonaqlar üçün növbəti mühüm platforma bu ilin sentyabr ayının sonunda keçiriləcək Azərbaycan İnvestisiya Forumunun ikinci buraxılışı olacaq. Özəl Sektor Forumu-2026 yeni tərəfdaşlıqların qurulmasına, investisiyaların artmasına və davamlı rifahın təmin olunmasına töhfə verəcək".
Oxşar xəbərlər
"SOCAR Polymer" 9 ayda ixracdan 197 milyon dollar gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan "SOCAR Polymer" MMC 197 milyon ABŞ dolları dəyərində məhsul i...