Metroda köhnə qatarlara kondisionerlər quraşdırılacaq? - RƏSMİ CAVAB

Metroda köhnə qatarlara kondisionerlər quraşdırılacaq? - RƏSMİ CAVAB
Foto Açıqlama
İqtisadiyyat 77

"Metroda havalandırma sistemi ilə bağlı danışarkən vaqon və tunelləri ayırd etmək lazımdır. Köhnə nəsil qatarlara kondisionerin quraşdırılması texniki cəhətdən qeyri-mümkündür".

Bu sözləri BAKU.WS-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, faktiki olaraq layihələndirmə də daxil olmaqla, vaqon sökülub yenidən yığılmalıdır:

"Bu proses Bakıda mümkün deyil. Əgər bu vaqonu biz xaricə göndərsək, 10 ildən sonra istismar müddətinin başa çatacağını da nəzərə almalıyıq. İstehsaldan qayıdan qatarın metaldan yorğunluq dərəcəsi də burda əsas rol oynayır. Bütün bu faktorları nəzərə alsaq xaricə göndərilən vaqonlar məsələsi səmərəsiz və faydasız bir iş olur.

Amma "Bakı Metropoliteni"ndə yeni nəsil qatarlarımızla bağlı iki ildir xüsusi qrup yaradılıb. Bu qrup dünyada olan tendensiyaları da öyrənir. Bu gün "Bakı Metropoliteni"ndə olan vaqonlardakı kondisionerlər dünyada ən optimal hesab olunanlardandır. Yeni nəsil qatarlar gələndə qapıları tez-tez açılıb bağlanmırdı və qapıların işləməsi üçün qatar söndürülüb-yandırılırdı. Artıq bu problem aradan qaldırılıb. Çünki biz bu məsələni istehsalçı müəssisə qarşısına məsələ qaldıraraq həll etmişik. Kondisionerlər də bu tipli sistemlərdir. Təbii ki, bu proses "Bakı Metropoliteni" üçün yenilikdir. Bunu öyrənməliyik, kadrlarımızı hazırlamalıyıq, texniki təchizatımızı gücləndirməliyik. Hazırda bu istiqamətdə işlər aparılır".

Bəxtiyar Məmmədov əlavə edib ki, stansiya və tunellərdə 2018-ci ildən başlayaraq, xüsusi layihələr həyata keçirilir: "İlk öncə qrafik dəyişilib. Hər mövsümün özünə uyğun qrafik tətbiq olunub. Hər günün özünə uyğun olaraq qrafik tətbiq edilir. Tunel və stansiyalarda olan ventilyatorlar havanın yağışlı, günəşli, soyuq və mülayim keçməsindən asılı olaraq işləyir. Nəzərnizə çatdıraq ki, 6 yeni təbii havalandırma sistemi bu il quraşdırılıb. Təbii havalandırma sistemi ilə bağlı avtomatlaşdırılma, mərkəzdən idarəetmə, dərhal qoşulma məsələləri diqqət mərkəzindədir və qatarlar kimi ventilyasiya sistemi də yalnız mərhələ ilə işləyir".

Orxan Hüseyn

Son xəbərlər