Mərkəzi Bank uçot dərəcəsini endirdi
Azərbaycan Respublikası Mərkəzi Bankının(AMB) İdarə Heyəti uçot dərəcəsinin 0,25% bəndi azaldılaraq 7,50%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında məlumat verib.
Faiz dəhlizinin parametrlərini aşağı və yuxarı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib.
Qeyd edək ki, bundan əvvəl 13 dekabr 2019-cu il tarixində AMB uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75%-dən 7,50%-ə endirilməsi haqda qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1,75%-lik diapazonda müəyyənləşdirilib (9,25% və 5,75%).
Xatırladaq ki, Mәrkәzi Bankda 2019-cu ildә faiz dәhlizinin parametrlәri 8 dәfә müzakirә edilib vә uçot dәrәcәsinin mәrhәlәlәrlә 9,75%-dәn 7,5%-ә endirilmәsi barәdә qәrar qәbul edilib. Ümumilikdә, 2018-ci ilin әvvәlindәn bәri uçot dәrәcәsi 2 dәfә azaldılıb.
Bildirək ki, bu il ərzində faiz dәhlizinin parametrlәrinә dair növbəti qәrarlar 19 mart, 1 may, 19 iyun, 30 iyul, 18 sentyabr, 30 oktyabr, 18 dekabr tarixlərində ictimaiyyətə təqdim ediləcək.
Oxşar xəbərlər
Mərkəzi Bankdan vacib qərar
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,75%-dən 7,5%-ə endirilməsi haqqında qərar qəbul edib. BAKU.WS AMB-yə istinadən xəbər verir ki,...