Maaş artımından sonra aylıq ödənişlər 50 manata yüksələcək

Maaş artımından sonra aylıq ödənişlər 50 manata yüksələcək
İqtisadiyyat 2024
Minimum əmək haqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur.BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı ekspert Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, sosial paketinin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əmək haqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var.
“Minimum əmək haqqı məbləği artanda sosial ödənişləri də çoxalır.Fiziki şəxslər minimum əmək haqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda, sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək.Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı.Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əmək haqq artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”, - deyə Vüqar Bayramov bildirib.

Oxşar xəbərlər

Son xəbərlər