İlham Əliyev: "Dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır" (VİDEO)
Bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib.
BAKU.WS məlumat verir ki, prezident İlham Əliyev konfransda məmurlara yerli mallara üstünlük vermələrini bildirib:
"Onlarla, yüzlərlə mebel şirkətlərimiz var. Gözəl mebellər istehsal edirlər. Amma yüksək vəzifəli, kiçik vəzifəli məmurlarımız o mebelləri bəyənmirlər. Yerli istehsalın keyfiyyəti başqa mebeldən fərqlənmir, amma deyir, bu, Azərbaycan malıdır, özünə rəva bilmir. Gərək İtaliya, Rumıniya mebeli olsun. Buna son qoymaq lazımdır. Bütün dövlət məmurlarının kabinetində bundan sonra yerli mebel olmalıdır".
Prezident onu da qeyd edib ki, bəzi hərbi qurumlar Azərbaycan istehsalı olan ayaqqabıları bəyənmir:
"Mənə ölkəmizdə istehsal olunan ayaqqabı göstərdilər. Görün, Azərbaycanda nə gözəl ayaqqabı istehsal olunur. Ancaq bəzi hərbi qurumlar bunu bəyənmir, xaricdən ayaqqabı alırlar. Bu sahə çox ciddi nəzarət altında olmalıdır. Beləliklə, biz israfçılığa yol verməyəcəyik".
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev məmurlara ciddi xəbərdarlıq etdi
"Bu il bütün sosial proqramlar icra olunacaq”. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu bu gün "Azərbaycan Respublikası regionlarının 2014-2018-...